Millimizdə səfər öncəsi itki

15:09 04-09-2019 433

Azərbaycan milli komandası AVRO-2020-nin seçmə qrup matçı ilə əlaqədar Uelsə edəcəyi səfər öncəsi futbolçu itkisi ilə üzləşib. 

AFFA-nın verdiyi məlumata görə, yığmaya "Qarabağ" klubundan dəvət almış müdafiəçi Rahil Məmmədov zədələnib. Məmmədov bu gün səhər keçirilmiş məşq zamanı köhnə zədəsini yeniləyib. Millinin həkiminin rəyinə və baş məşqçi Nikola Yurçeviçin qərarına əsasən, o, heyətdən çıxarılıb.

Qeyd edək ki, Uelslə qarşılaşma sentyabrın 6-da Kardiff şəhərində keçiriləcək. Azərbaycan millisi səfərə bu gün çıxacaq.