"Supermodellər əsri"nin banisi vəfat etdi - Monikanı, Ancelinanı da çəkib

16:27 04-09-2019 403

Əfsanəvi fotoqraf Peter Lindberq vəfat edib.

Bu barədə fotoqrafın nümayəndələri "İnstaqram"da məlumat paylaşıblar.

O, sentyabrın 3-də, 74 yaşında dünyadan köçüb.  

Lindberqin həyat yoldaşı, dörd oğlu və yeddi nəvəsi var.

Qeyd edək ki, məşhur fotoqraf P.Lindberqin "Vogue", "Vanity Fair" və "Harper's Bazaar" kimi böyük nəşrlərlə işləyib, Sindy Krauford, Keyt Moss, Naomi Kempbell, Monika Belluçi, Ancelina Coli və digər dünya ulduzlarının portretlərini çəkib.

P.Lindberq 80-ci illərin sonlarında "supermodellər əsri"ni başladıb və onun ərsəyə gətirdiyi fotoşəkillər dövrünün somvoluna çevrilib.

Rəşad Əliyev