"Dorian" qurbanlarının sayı artır

07:00 05-09-2019 1391

Baham adalarında "Dorian" qasırğası qurbanlarının sayı 20-yə çatıb.

Bu barədə "Miami Herald" qəzeti ölkənin səhiyyə naziri Düeyn Sendsa istinadən məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı dağıntılar aradan qaldırıldıqca artır.

Daha əvvəl "Dorian" qasırğası Baham adaları arxipelaqının şimal hissəsində yerləşən Abako adasında ciddi fəsadlar törədib.