Britaniyada təyyarənin sərnişini işə çıxmayan pilotu əvəzlədi

07:45 05-09-2019 1296

Böyük Britaniyada "ЕasyJet" şirkətinə məxsus təyyarədə sərnişin sükan arxasında pilotu avəzləyib.

The Mirror xəbər verir ki, Mançester-Alikante reysinin pilotu işə çıxmayıb.

Bu haqda xəbər tutan sərnişin Maykl Bredli təyyarəni idarə edə biləcəyini söyləyb və pilot vəsiqəsini nümayiş etdirib.

Az sonra şırkət nümayəndəsi onunla əlaqə saxlayıb və sükan arxasına oturmağa icazə verib. 

Sərnişin ailəsi ilə birlikdə məzuniyyətə yollanırmış.