Bakıda şadlıq evinin qarşısında kişini bıçaqladılar

09:36 05-09-2019 581

Bakıda 48 yaşlı kişi bıçaqlanıb. 

HerGun.Az-ın məlumatına görə, hadisə dünən paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində baş verib. 

Belə ki, 1971-ci il təvəllüdlü Aslanov Alim Bulud oğlu ərazidə yerləşən "Dəniz" şadlıq evinin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona göbəyin sağ hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Könül Cəfərli