Dörd yaşlı Şahzadə Şarlotta ilk dəfə məktəbə gedib - FOTO

18:27 05-09-2019 586

Dörd yaşlı Şahzadə Şarlotta ilk dəfə məktəbə gedib. Britaniya taxtının varisi, üçüncü tədris ilinə başlamış altı yaşlı Corca qoşulub. Bu gün uşaqları dərsə Şahzadə Uilyamla birlikdə Keyt Middleton məktəbə yola salıb. Ötən il isə Şahzadə Luiyə hamilə olanda Keyt ağır toksikozdan əziyyət çəkməsi üçün böyük oğlu ilə məktəbə gedə bilməmişdi.

İllik təhsil haqqı təqribən 19 min funt sterlinq olan məktəbdə uşaqlara fransız dili, elm, musiqi, informatika və digər vacib fənlərdən ən yaxşı müəllimlər dərs deyillər. Şahzadə Uilyamın oğlu xüsusilə balet dərslərini çox bəyəndiyini söyləyib. Şahzadə Şarlotta isə daha əvvəl ilk məktəb gününü böyük səbirsizliklə gözlədiyini və böyük qardaşı ilə birlikdə məktəb formasını geyməyə şad olduğunu bildirmişdi.

Rəşad Əliyev