Millimiz çətin səfər oyununda

10:27 06-09-2019 860

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Uels yığması ilə qarşılaşacaq.

HerGun.Az xəbər verir ki, oyun bu gün saat 22:45-də Kardiff şəhər stadionunda keçiriləcək.

"CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu maltalı hakimlər idarə edəcəklər.

Qeyd edək ki, üç oyundan xalsız qalan Azərbaycan E qrupunda sonuncu sıradadır.