Meksikada quldurlar hərbçilərə hücum ediblər

05:27 25-06-2019 605

Meksikanın Herrero ştatında quldurların özünümüdafiə qüvvələri dəstəsinə hücumu nəticəsində azı 6 nəfər ölüb.

“RİA Novosti” xəbər verir ki, pusqu Petatlan bələdiyyəsindəki Əl-Kamaron qəsəbəsi ərazisində qurulub.

Hücumun dəqiq kim tərəfindən təşkil edildiyi məlum deyil. Əraziyə ordu və dəniz piyadaları cəlb olunub.

Özünümüdafiə dəstələri yerli əhali tərəfindən təşkil edilib. Onların başlıca məqsədi polisin nəzarəti zəif olan ərazilərdə narkomafiaya qarşı mübarizə aparmaqdı.