Millimiz Xorvatiya ilə oyuna belə hazırlaşır - VİDEO

13:36 06-09-2019 565

Futbol üzrə Azərbaycan milli komandası bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

Nikola Yurçeviçin baş məşqçilik etdiyi kollektiv səfərdə Uels yığması ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Kardiff Şəhər Stadionunda keçiriləcək görüşün artıq son məşqi baş tutub.

Qeyd edək ki, Azərbaycan yığması E qrupundakı ilk üç görüşdə məğlub olub. Səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzan komandamız evdə Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə məğlub olub. Rəqib isə ilk turda Slovakiya üzərində 1:0 hesablı qələbə qazansa da, sonrakı qarşılaşmalarında Xorvatiyaya 1:2, Macarıstana isə 0:1 hesabı ilə yenilib.

Hazırda Uels üç xalla 4-cü yerdədir. Hələ xal toplamayan Azərbaycan isə sonuncudur.