Azərbaycan - Xorvatiya oyunu isveçrəli referiyə tapşırıldı

14:54 06-09-2019 425

Azərbaycan - Xorvatiya oyununun hakimləri məlum olub.

AFFA-nın yaydığı xəbərə görə, Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Xorvatiya oyununa təyinatlar açıqlanıb.

Oyunun baş hakimi Sandro Şerer, onun köməkçiləri Stefane De Almeyda, Sladan Yosipoviç, dördüncü hakim isə Fedayi San olacaq.

Hakimlər briqadası İsveçrədəndir.

Qeyd edək ki, oyun sentyabrın 9-u saat 20:00-da "Bakcell Arena"da keçiriləcək.