Azərbaycan və Ermənistan XİN başçıları növbəti dəfə görüşəcək

15:45 06-09-2019 865

Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın yeni görüşü planlaşdırılır.

"Sputnik Armenia"nın verdiyi xəbərə görə, bu barədə Zöhrab Mnatsakanyan Yerevanda keçirilən mətbuat konfransı zamanı bildirib.

Bundan öncə XİN başçıları iyunun 20-də Vaşinqtonda görüş keçiriblər.

Mnatsakanyanın sözlərinə görə, ölkə başçılarının və nazirlərin görüşlərinin sayı hökumətin münaqişəni sülh yolu ilə həll etmək niyyətində ciddi olduğunu göstərir.

O, görüşün yaxın zamana planlaşdırıldığını qeyd edib. 

Mnatsakanyan Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı formatını ən optimal variant adlandırıb.

Xatırladaq ki, Rusiya, ABŞ və Fransanın başçılığı ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar 1992-ci ildən aparılır.