Rafael Ağayev Tokioda finalda: Rəqib yenə yapondur

16:00 06-09-2019 470

Rafael Ağayev (-75 kq) Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirnin finalına yüksəlib.

HerGun.Az xəbər verir ki, bir-birinin ardınca Fransa, Özbəkistan və Mərakeşdən olan rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda ukraynalı idmançıdan üstün olub. 

Bazar günü həlledici görüşdə rəqib həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nishimura (Yaponiya) olacaq.  

Yarışın ilk günü daha üç idmançımız mübarizəyə qatılıb. Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurub.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu turnirinin 5-ci mərhələsi Olimpiadada karate yarışlarının keçiriləcəyi Nİppon Budokan idman zalında təşkil olunub.

Səbuhi Musayev