Köməkçisi Ərdoğanın Suriyada təhlükəsiz bölgə ilə bağlı bəyanatını şərh etdi

17:54 06-09-2019 1816

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada təhlükəsiz bölgə ilə bağlı bəyanatı ciddi müzakirə mövzusuna çevrilib.

Türkiyə mətbuatının yazdığına görə, Prezidentin köməkçisi Fuad Oqtay R.T.Ərdoğanın açıqlamasını şərh edib.

O bildirib ki, Türkiyə liderinin açıqlaması nə təhdiddir, nə də blef.

F.Oqtay Qərbi nəzərdə tutaraq deyib ki, rəsmi Ankara hər hansı bir ölkənin mühafizəçisi deyil:

"Türkiyə onların köçkün anbarı, yaratdıqları böhranın da əvəzini ödəyəcək ölkə deyil. Onlar hesab edirlər ki, növbəti miqrasiya dalğası başlasa, Türkiyə bunun öhdəsindən gələcək. Bu yanaşma yanlışdır".

Qeyd edək ki, R.T.Ərdoğan Suriyada təhlükəsiz bölgənin yaradılmadığı təqdirdə Türkiyənin sərhədlərini açmaq məcburiyyətində qalacağını deyib:

"Bizim bunu amerikalı dostlarımızla birlikdə həyata keçirməyimiz daha uyğun olar. Avropa bizə söz verdiyi yardımları etməyib".