İvanka Tramp qadınların problemlərini dünya liderlərinə çatdıracaq

09:00 25-06-2019 846

ABŞ prezidentinin qızı İvanka Tramp G20 sammitində qadınların hüquqlarını müzakirə edəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib:

“İvanka Tramp qadınların hüquqlarının möhkəmləndirilməsinə həsr edilmiş tədbirdə iştirak və çıxış edəcək. Bundan əlavə, İ.Tramp qadınların məşğulluluğuna həsr edilmiş sessiyada da iştirak edəcək”.

G20 sammiti 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək.