“Wikipedia”nın işində nasazlıqlar yaranıb

04:36 07-09-2019 356

Bir sıra Avropa ölkələrində “Wikipedia” internet ensiklopediyasının işində nasazlıqlar müşahidə olunur.

Bu barədə “Downdetector” resursunun yaydığı məlumatda bildirilir.

Nasazlıqların səbəbi hələ məlum deyil.

Ensiklopediyada axtarışa verilən səhifələr açılmır, eləcə də “wikipedia.org”un URL-i də işləmir.

Sosial şəbəkənin işində problemlər Bakı vaxtı ilə sentyabrın 6-dan axşam saatlarından başlayıb.