Yaponiya imperatriçəsi döş xərçəngi əməliyyatına girir

09:00 07-09-2019 637

İmperator Narukitonun anası olan Yaponiyanın fəxri imperatriçəsi Mitiko sentyabrın 7-si, şənbə günü xəstəxanaya daxil oldu.

Bu barədə RİA “Novosti” xəbər verir.

Qeyd edilir ki, o döş xərçənginin aradan qaldırılması üzrə əməliyyat ediləcək.

Əməliyyatın dörd saat davam edəcəyi gözlənilir. Öncə isə ondan bütün lazımi analizlər götürüləcək.

Mitikoda döş xərçəngi 2019-cu ilin iyul ayında planlaşdırılan dispanserləşdirmə zamanı aşkar edilmişdi.

Bildirilir ki, həkimlər xərçəngi inkişafının ilkin mərhələsində aşkar ediblər.