Ev sahibinin tanışı oğurluq etdi: Külli miqdarda pul apardı

19:09 07-09-2019 860

Bakının Sabunçu rayonunda mənzildən oğurluq hadisəsi qeydə alınıb. Qarət 6 sentyabr tarixində, gündüz saatlarında baş verib.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, ev sahibi bir saatlıq müddətə evdən çıxıb. Bu isə evin qarət olunmasına zəmin yaradıb.

Naməlum şəxs pəncərənin çərçivəsini sındıraraq S.M.-nın mənzilinə daxil olaraq 10 min manatını oğurlayıb. Təhqiqatçıların ehtimalına əsasən, oğru ev sahibinin tanışıdır. Çox güman ki, ev sahibi söhbət əsnasında evdə külli miqdarda pulu olduğu barədə kiminsə yanında danışıb. Bildirilir ki, ev sahibi əlvan metalların toplanması və satışı ilə məşğul olur.

Faktla bağlı araşdırma aparılır.

Ramella İbrahimxəlilova