İmişlidə bədbəxt hadisə: 8 yaşlı uşaq su kanalında boğuldu

20:18 07-09-2019 485

İmişlidə 8 yaşlı uşaq kollektorda boğulub.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb. 

Kənd sakini, 2011-ci il təvəllüdlü Tağıyev Əli Faiq oğlu həmyaşıdı ilə kollektorun üzərndəki körpüdən keçərkən suya düşərək boğulub. Yanındakı azyaşlı uşaq kəndə gedərək ailəsinə xəbər verib. Kənd sakinlərinin köməyi ilə uşağın meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.