Azərbaycan idmançısı çimərlik güləşində yarımfinala çıxdı

22:09 07-09-2019 412

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi start götürüb.

HerGun.Az xəbər verir ki, ilk yarış günündə qrup mərhələsinin görüşləri keçirilib. 

Oyan Nəzəriani (+90 kq) Serbiya təmsilçilərinə - Sabolk Horvat və Corce Pesuta 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. 

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları sabah keçiriləcək.

Azərbaycan idmançısı çimərlik güləşində yarımfinala çıxdı.