İmişlidə avtomobil aşdı, bir nəfər xəsarət aldı

23:45 07-09-2019 835

İmişilidə avtomobilin aşması nəticəsində bir nəfər xəsarət alıb. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında rayonun Əlyetməz kəndində baş verib. 

Hərəkətdə olan "Mersedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. 

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan İmişli şəhər sakini, 1971-ci il təvəllüdlü Seyidova Gülşən Sabir qızı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.