Saxta 100-lüklər satan Cəlilabad sakinləri ələ keçdi - VİDEO

10:45 25-06-2019 527

Cəlilabad sakinlərindən səkkiz ədəd saxta 100 manatlıq əsginas aşkar edilərək götürülüb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad şəhər sakinləri Nicat Süleymanovun və Yaşar Şükürovun üzərində saxta pul əsginasları aşkar edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış nəticəsində N.Süleymanov və Y.Şükürov saxlanılaraq Polis şöbəsinə gətirilib.

Baxış zamanı N.Süleymanovun üzərindən yeddi ədəd, Y.Şükürovun üzərindən isə bir ədəd 100 manatlıq saxta pul əsginası aşkar edilərək götürülüb.

Araşdırma zamanı hər iki şəxsin saxta əsginasları satmaq məqsədilə əldə etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.