Fransızlar Albaniya yerinə Andorranın himnini səsləndirdilər - VİDEO

02:27 08-09-2019 449

Avropa çempionatının seçmə oyunları çərçivəsində keçirilən Fransa-Albaniya oyununda təşkilatçılar iki kobud səhvə yol veriblər. 

"Stad de Frans"dakı oyundan əvvəl fransızlar səhvən Albaniya əvəzinə Andorranın himnini səsləndiriblər. Ev sahibləri səhvi düzəltmək istəyərkən, stadiondakı diktor ikinci dəfə ölkənin adını qarışdıraraq, Ermənistandan üzr istəyib.

Albaniya təmsilçiləri yanlışığın aradan qaldırılmasında israr edib və bildiriblər ki, əks halda oyunun başlanmasına imkan verməyəcəklər. Fransanın baş məşqçisi Didye Deşam və görüşün hakimi Xil Monsano qonaqlardan üzr istəyib.

Albaniyalı oyunçular da insidenti çaşqınlıqla qarşılayıblar. 

Altı dəqiqədən sonra stadionda Albaniyanın himni səslənib və oyun başlayıb. 

Oyun 4:1 hesabı ilə fransızların xeyrinə başa çatıb.