ABŞ-da yenot hakimin evini “zəbt etdi”

07:45 08-09-2019 474

Texas ştatının Rouzbad şəhərində yenot yerli hakim Metyu Raytın evini 20 saat müddətinə ələ keçirib.

Bunu hakim özünün “Facebook” səhifəsində yazıb.

Heyvan Raytın evinə sentyabrın 2-də səhər saat 5-də girib. Hakim onun əşyalarını korlayan yenotu tutmağa xeyli vaxt sərf etməli olub.

Daha sonra adam heyvanı tutmaq cəhdlərinin necə keçdiyini danışıb.

“Demək olar, “divara dirənmişik”. Biz strateji geri çəkilməyə qərar verdik: düşmənin yemək üçün yerindən çıxmağa risk edəcəyinə ümid edərək tələlər qurduq. Bu cinayətkarı “şirin” hesab edən ilk adam  onun sahibi olacaq",- deyə hakim yazıb.

Ancaq çağırılmamış qonaq tələyə məhəl qoymayıb və karnizdə yuxuya gedib.


20 saatdan sonra Rayt yenotu tutmağı bacarıb.