Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilir

09:00 08-09-2019 303

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirir.

Mərkəzdən verilən məlumata görə, imtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq.

Buraxılış imtahanları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.

İmtahanlarda IX sinif  buraxılış imtahanının I mərhələsi üzrə 668, II mərhələsi üzrə 443, XI sinif üzrə 120 şagirdin iştirakı gözlənilir. Bundan əlavə, Azərbaycan dilindən fərqli bölmə üzrə təhsil alan 58 şagird Azərbaycan dili imtahanı verəcək.