Azərbaycan klubunun oyunçuları Afrikada üz-üzə gəldilər

10:45 08-09-2019 446

"Zirə" klubunun iki futbolçusu ölkələrinin milli komandalarında qarşılaşıblar.

HerGun.Az xəbər verir ki, söhbət Malavi yığmasında çıxış edən Robin Nqalande ilə Botsvana millisinin üzvü Mfo Kqasvanendən gedir.

Adıçəkilən yığmalar DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyunlarını keçiriblər.

Oyun Botsvanada baş tutub. Tərəflər 90 dəqiqə ərzində fərqlənə bilməyiblər – 0:0.

Kqasvane start heyətdə meydana çıxıb və 50-ci dəqiqədə əvəzlənib. O, 45-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Nqalande isə 76-cı dəqiqədə meydana buraxılıb.

Bu komandalar arasındakı cavab oyunu sentyabrın 10-da Malavidə baş tutacaq. Cütün qalibi Afrika zonası üzrə seçmə mərhələnin ikinci raundunda qrupa vəsiqə qazanacaq.