Sabirabad sakinini elektrik cərəyanı vurdu

13:09 08-09-2019 324

Sabirabad sakinini elektrik cərəyanının vurması nəticəsində ölüb.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Qarağac kənində qeydə alınıb.

İlkin məlumata əsasən, kənd sakini, 1992-ci il təvəllüdlü Səfərov Səfər Balayar oğlu ehtiyatsızlıqdan həyətdəki kiçik tutumlu su matoruna qoşulmuş elektrik cərəyanına toxunub.

Nəticədə cərəyan onu vurub.

S.Səfərov yaxınları tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlıaraşdırma aparılır.