Narkotik əkən və satan Abşeron sakinləri tutuldular - FOTO/VİDEO

15:45 08-09-2019 1070

Abşeronda narkotik tərkibli maddələrin satışı, eləcə də əkini ilə məşğul olan şəxslər saxlanılıb.

HerGun.Az xəbər verir ki, əməliyyatı Mehdiabad Polis bölməsi həyata keçirib.

Polis bölməsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri zamanı Məmmədli kənd sakini Absert Rzayev və Nəriman Rəhimov saxlanılıb.

Absert Rzayev öz həyətində olan dalanda qurudulmuş narkotik tərkibli bitkini satmağa hazırlayarkən ələ keçirilib. O, maddi sübutlarla birgə saxlanılaraq Polis bölməsinə gətirilib. Absert Rzayev əldə etdiyi narkotikanı satmaq üçün saxladığını etiraf edib.

Nəriman Rəhimov isə öz yaşadığı evin həyətyanı sahəsində xüsusi qaydalarla narkotik tərkibli bitkini əkib becərdiyinə görə tutulub. Onun yaşadığı həyətə baxış keçirilib və biri dibçəkdə olmaqla narkotik mənşəli bitkiləri əkdiyi məlum olub.

Nəriman Rəhimov saxlanılaraq Polis bölməsinə gətirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni şəxsi istifadəsi üçün əkdiyini və tutduğu əməldən peşman olduğunu bildirib.

Hər iki faktla bağlı Mehdiabad Polis bölməsində araşdırma aparılır.