Qarşısına heyvan çıxan "Mercedes" aşdı, üç nəfər yaralandı - FOTO

17:54 08-09-2019 381

Kürdəmirdə yol qəzası baş verib.

HerGun.Az xəbər verir ki, hadisə bu gün rayonun Ağsu-Kürdəmir-İmişli yolunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomaşın Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən onun qarşısına iribuynuzlu heyvan çıxıb.

Nəticədə sürücü idarə etməni itirib və maşın yolun kənarına aşıb. Hadisə zamanı sürücü - Kürdəmir rayon Şüşün kənd sakini 1961-ci il təvəllüdlü Gülməmmədov Ramiz İbrahim oğlu və yanında olan sərnişinlər - 1994-cü il təvəllüdlü Qaramahmudlu kənd sakini Eyyubov Rüfət Mürvət oğlu və 1964-cü il təvəllüdlü Ağayev Şahid Zakir oğlu müxtəlif növ bədən xəsarət alaraq təcili tibbi yardım maşının köməkliyi ilə Kürdəmir RMX-na çatdırılıb.

Fakt araşdırılır.

Nazir Quilyev