Gürcüstanın yeni hökuməti təsdiqləndi

18:36 08-09-2019 496

Gürcü parlamenti Georgi Qaxariyanıın rəhbərliyi ilə yeni hökumətin tərkibini təsdiqləyib. 

Qazeta.ru bu barədə gürcü telekanallarına istinadən xəbər verib.   

Beləliklə, millət vəkilləri səs çoxluğu ilə - 150 deputatdan 90 nəfəri lehinə olmaqla yeni baş naziri, Nazirlər Kabinetinin tərkibini və hökumət proqramını təsdiqləyiblər.

Xatırladaq ki, Qaxariya 2012-ci ildə "Gürcü arzusu" partiyası parlament seçkilərində qalib gələndən sonra ölkənin beşinci baş naziridir. Bundan əvvəl o, Gürcüstanın daxili işləri olub. 

Sabiq baş nazir Mamuka Baxtadze sentyabrın 2-də vəzifədən getdiyini bəyan edib. 

Qaxariya Gürcüstanda sevilən liderlərdən olub, bununla belə, xüsusi təyinatlılar Tbilisidə Rusiya əleyhinə keçirilən aksiyaları dağıtdıqdan sonra etirazçılar Qaxariyanın DİN rəhbəri postundan istefasını tələb ediblər.