Siyəzəndə qəza: iki avtomobil toqquşdu

23:27 08-09-2019 411

Siyəzəndə avtomobil qəzası baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər veirir ki, hadisə Bakı-Quba-Rusiya sərhəd yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.

"VAZ" markalı avtomobillə "Opel" markalı avtomobilin  toqquşması nəticəsində 2 nəfər- Şabran rayon sakinləri, 32 yaşlı Xəzər Babayev  və 25 yaşlı  Habil  Qadaşov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.