Gürcüstandan qanunsuz yolla mobil telefon gətirmək istədi

09:45 09-09-2019 435

"Qırmızı Körpü" gömrük postunda idarə etdiyi "Opel Vectra" markalı avtomobillə Gürcüstandan gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsinin gizli saxlanc yerindən beş ədəd "Mİ A3" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.