Abşeron icra hakimiyyətinin qarşısında narazı vətəndaşlar aksiya keçirdi-FOTO

09:49 09-09-2019 815

Abşeronda yerli icra hakimiyyətinin fəaliyyətindən narazılıq günü-gündən artır.
Son günlər PA-ya və diğər əlaqədar orqanlara gedən şikayətlərin sayı itib. Zakir Fərəcovdan sonra bərbad günə qalan infrostruktur, məmur özbaşınalığı ,süründürməçilik insanları boğaza yığıb.
Xırdalanda yay ayı nisbətən az yüklənən Heydər Əliyev prospekti məktəbin başlanmasına az qalmış darmadağın edilib.
İradə Gülmmədova hər şeyi “Azərsu” ASC-nin üzərinə atsa da birbaşa məsuliyyət daşıyır. Xırdalanda nəqliyyat iflic olub.
Hergun.az xəbər verir ki, ötən həftənin sonu- 6 sentyabr, cümə günü Abşeron İH-nin qarşısında kütləvi aksiya olub.
Narazılar "Sevil Massivi" Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyi tərəfindən aldadılmış payçılar olub.
Qeyd edək ki, hələ 2017-ci ildə bu insanlar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər.

O vaxt 30 nəfərdən artıq payçını qəbul edən idarə rəisi Kamran Əliyevə şikayətçilər narahatlıqlarını çatdırmışdılar. Onlar qısa müddətdə ya pullarının, ya da mülklərinin qaytarılmasını xahiş etmişdilər.
İdarə rəisi həmin vaxt bildirib ki, "Sevil Massivi" ilə bağlı istintaq yaxın günlərdə bitəcək. Onun sözlərinə görə, məhkəmə qərarı olmadan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən pulları qaytarılır.
Üstündən 2 il keçəndən sonra belə bir aksiyanın olmağı göstərir ki, xeyli adama pul qaytarılmayıb.
İradə Gülməmmədova aksiya nümayəndələri ilə görüşməkdən imtina edib. Çox güman ki, etirazlar davam edəcək.

Abşeron icra hakimiyyətinin qarşısında narazı vətəndaşlar aksiya keçirdi-FOTO