Azərbaycan "Gamer"ləri üçün əvəzolunmaz fürsət - FOTO

10:09 09-09-2019 561

Videooyunlarda özünə və potensialına güvənən bütün oyunçuların diqqətinə.

Kiber cəmiyyət yaratmaq məqsədilə Bakıda yeni layihə start götürüb.

Kamran Məhərrəmovun rəhbəri olduğu layihə "Bir-İki" dönər-shop restoranının baş sponsorluğu və "Redbull" enerji içkilərinin təşkilati dəstəyi ilə təşkil olunub.  

HerGun.Az xəbər verir ki, "Playstation-4" konsolu ilə "FİFA 2019" oyunu üzrə kiberçempionat artıq keçirilib.

Layihə "Gamers.az" komandası tərəfindən elan edilib. Sayta daxil olub, şərtlərlə tanış olaraq qeydiyyatdan keçən 300 nəfərdən 100 nəfərə yaxın oyunçu artıq "FİFA 2019" çempionatında iştirak edib. Onlar arasından qalib iştirakçılar bəlli olub. Çempionatın sonunda qaliblərə kubok və sertifikatlar verilib.

"FİFA 2019" çempionatının ədalətli aparılması üçün rəqib komandalar "Gamers.Az" komandası tərəfindən verilən sıra nömrələri əsasında təyin edilib. 

Məqsəd kibercəmiyyətin yaradılması üçün güclülər arasından yalnız ən peşəkar oyunçuları seçməkdir. Əgər özünüzü məğlubedilməz hesab edirsinizsə, bu çempionatlar məhz sizin üçündür.

Qeyd edək ki, bütün bunlar "FİFA 2019" çempionatı ilə bitmir. Ən güclü oyunçular yaxın zamanlarda uduş fondu iki milyon dollar olan 2019 PUBG beynəlxalq çempionatda iştirak edə biləcəklər.

"FİFA 2019" çempionatında iştirak edə bilmədinizsə, üzülməyin!

Baxmayaraq ki, layihə çox yenidir, artıq sosial şəbəkələrdə kiberçempionatlar barədə edilən kütləvi paylaşımlar gənclər arasında xüsusi maraq doğurub. Çempionatlarda hər kəs iştirak edə bilər.

Layihə növbəti mərhələlərdə CS GO, "PUBG mobile", "Dota 2", "Fortnite", "Mortal Combat", UFC kimi videooyunlar üzərindən də keçiriləcək. Layihənin əsas məqsədi çempionatdan toplanan vəsaitin miqdarı yox, müraciət edən oyunçular içərisindən ən güclüləri seçmək və yola onlarla davam etməkdir.

Yeni çempionatların keçiriləcəyi tarix və şərtlərdən xəbərdar olmaq üçün www.gamers.az saytını izləyin!

Xatırladaq ki, "FİFA 2019" çempionatı Xəqani küçəsi 20 ünvanında ( "Sahil" bağının yaxınlığı, Hesablama palatası ilə üzbəüz) yerləşən "GameLand" internet klubunda keçirilib.