Millimizin futbolçusu: Beyl məndən soruşdu ki, formalarımızı dəyişəkmi?

12:36 09-09-2019 570

Biz Uelsdən iki qəribə top buraxdıq. Birini öz qapımıza vurduq. Bu, olduqca üzücü idi.

Bunu Almaniyanın "Tag24" saytına açıqlamasında millimizin futbolçusu Dmitri Nəzərov deyib.

O, Uels millisinin və Madrid "Real"ının futbolçusu Qaret Beylin onunla forma dəyişdirdiyini bildirib:

"Beyl mənə yaxınlaşdı, çıxışımızı qiymətləndirdi və soruşdu ki, formalarımızı dəyişəkmi?"

Daha sonra o, Xorvatiya ilə oyundan danışıb. Almaniyanın "Ertsqebirqe" klubunun üzvü olan Dmitri Nəzərov görüşün çətin keçəcəyini bildirib:

"Dövlət himni səslənəndə dərimdəki tüklərim biz-biz olur. Çətin oyun olacaq. Almaniya 2-ci Bundesliqasının oyunçusu kimi nə vaxt Luka Modriç və İvan Perişiç kimi oyunçularla qarşılaşmaq imkanım olur ki?"

Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu bu gün saat 20:00-da başlayacaq.

Səbuhi Musayev