Türkiyədə sərnişin avtobusu yandı - VİDEO

21:54 09-09-2019 427

Türkiyənin Sivas şəhərində sərnişin avtobusu alışıb.

HerGun.Az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, avtobusun hərəkət halındaykən yanmağa başlaması sərnişinlər arasında panika yaradıb.

Buna baxmayaraq, bütün sərnişinlər avtobusdan salamat çıxa biliblər.

Tələfat olmasa da, avtobus yararsız hala düşüb.