Bakıda qonşular dalaşdı, bir nəfər bıçaqlandı

03:27 10-09-2019 538

Xəzər rayonunda qonşular arasında kütləvi dava baş verib.

HerGun.Az xəbər verir ki, Türkan qəsəbəsi, Üzümçülük bağları yaşayış massivində bir neçə nəfər qonşu arasında mübahisə yaranıb. Yaranan mübahisə kütləvi davaya çevrilib. 

Bu zaman 42 yaşlı Abdullayev Zahid İsmayıl oğlu ayaq nahiyəsindən bıçaqlanıb, 40 yaşlı Məmmədova Gözəl Hacıbaba qızı isə döyülərək xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Z.Abdullayevə sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası, G.Məmmədovaya isə başın təpə nahiyəsinin və qarının əzilmiş yarası diaqnozu qoyulub.

Əldə etdiyimiz məlumata görə, G.Məmmədovanın həyat yoldaşı Z.Abdullayevə 3 il öncə torpaq sahəsi satıb, lakin buna baxmayaraq pulunu ala bilməyib. Sentyabrın 9-da sonuncu dəfə pulunu tələb edən zaman isə qonşular arasında mübahisə yaranıb. 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu