Bakıda ər arvadını döyərək xəstəxanalıq etdi

06:54 10-09-2019 439

Səbail rayonunda ailədaxili münaqişə zəmnində qadın döyülmə hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, 20-ci sahə ərazisində kişi ailə münaqişəsi zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Əzizova İnara Əliqismət qızını döyərək xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu