İsveçli alimdən təklif: İnsan əti yeyərək, bəşəriyyəti xilas edin

11:00 10-09-2019 628

Stokholmun İqtisadiyyat məktəbinin professoru Maqnus Soderlund qida rasionunda insan ətindən istifadə etməyi məsləhət görüb. 

"New York Post"un verdiyi xəbərə görə, bu barədə alim İsveçin paytaxtında "Qastro" elmi simpoziumundakı çıxışı zamanı açıqlama verib.

Onun fikrincə, dünya birliyi ölü insan ətindən istifadə edərək bəşəriyyəti xilas edə bilər. 

Soderlundun hannibalizminin əsas müzakirə mövzusu bu sual oldu:

"Siz insan ətinin necə yeyiləcəyini təsəvvür edirsiniz?"

Onun fikrincə, hannibalizmə qarşı konservativ yanaşma dəyişərsə, bəşəriyyətin insan ətindən istifadəyə qarşı fikri də dəyişə bilər. 

Tədbirdə hannibalizmin, həqiqətən, gələcəkdə qida çatışmazlığı probleminin həlli olub-olmayacağı xüsusilə müzakirə edilib.

İnsan ətini sınamağa şəxsən hazır olub-olmadığını soruşduqda Soderlund bu fikrə açıq olduğunu söyləyib:

"Mövzu ilə bağlı müəyyən dərəcədə qərarsızlıq hiss etsəm də, məsələyə konservativ yanaşmıram. Deməliyəm ki, onu ən azı sınamağa hazıram".

Alim, həmçinin, ev heyvanları və həşərat yeməkləri kimi alternativ və "daha real" qidalardan istifadəni də təklif edib.

Qeyd edək ki, hannibalizmin insan sağlamlığına potensial təhlükə olması professorun fikirlərinin tətbiqinə mane ola bilər. Məsələn, 1960-cı illərə qədər Papua - Yeni Qvineyanın yerli sakinləri öz ölülərindən qida kimi istifadə ediblər. Bu isə "gülən ölüm" kimi də tanınan "Kuru xəstəliyi" epidemiyasının yayılmasına səbəb olub.

Hazırda isə ABŞ Milli Tibb Kitabxanasından verilən məlumata görə, insanın beyin toxumasında yoluxucu infeksiya aşkarlanıb.