Bakıda yaşayış binasının eyvanı uçdu

11:54 10-09-2019 446

Bakıda yaşayış binasının eyvanının uçması nəticəsində xəsarət alan olmayıb.

Bu barədə HerGun.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, hadisə Nəsimi rayonunda, Nəsibov küçəsi 14-də qeydə alınıb:

"Elə ciddi bir hadisə deyil. Sadəcə, eyvan uçub. Xəsarət alan da yoxdur".

Gülçin Məmmədova əlavə edib ki, eyvanın uçması nəticəsində həmin yerdə yerləşən obyektə də heç bir ziyan dəyməyib:

"Obyektdə dağılma hadisəsi baş verməyib".

Sevinc Yasinqızı