"Alibaba"nın rəhbəri istefa verdi

12:09 10-09-2019 644

Çinin "Alibaba" şirkətinin təsisçisi və rəhbəri Cek Ma Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib.

"The Guardian" xəbər verir ki, Cek Manı şirkətin baş icraçı direktoru Daniel Çjanq əvəz edəcək.

Ma bildirib ki, o, boş oturmağı sevmir:

"Hələ də çox arzularım var. Məni tanıyanlar bilir ki, boş oturmağı sevmirəm. Ona görə də özümü yeni mövzularda sınayacam. Və diqqətimi daha çox kənd yerlərindəki xeyriyyə işlərinə yönəldəcəyəm".

Qeyd edək ki, Cek Ma vəzifəsini tərk etməklə bağlı planlarını ötən il açıqlayıb.