Paytaxt sakinləri bu yay necə istirahət edib? - VİDEOSORĞU

13:27 10-09-2019 431

Artıq yay ayları başa çatır. Həm ölkəmizin müxtəlif bölgələrində, həm xarici ölkələrdə olanlar istirahətlərini başa vuraraq yeni mövsümə hazırlaşırlar. Bəs görəsən, şəhər sakinləri bu yay harada istirahət ediblər və nə qədər xərcləri çıxıb?

Mövzu ilə əlaqədar Baku TV-nin əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib. 

İstirahətə gedənlərdən bəziləri bu suala "Türkiyə" cavabını verib. Digərləri isə Bakıda istirahət etdiyini bildirib.

Sorğuya cavab verənlər arasında istirahət etmədiyini, işdən evə, evdən işə getdiyini bildirənlər də olub.

Sail Ağasəlim
Hüseyn Həsənov