18 yaşlı qızı qaçıran kişi "Ekologiya postu"nda tutuldu

18:09 10-09-2019 332

18 yaşlı qızı qaçıran şəxs "Ekologiya postu"nda saxlanılıb. 

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Bildirilib ki, hadisə sentyabr ayının 8-də axşam saat 22:30 radələrində baş verib. 

Şikayət əsasında, Bakıdan Sumqayıt istiqamətinə gedən "Hyundai Santa Fe" markalı avtomobil saxlanılıb və onun sürücüsü hüquq-mühafizə orqanlarına təhvil verilib. 

Məsələ ilə bağlı ərazi üzrə Polis İdarəsində araşdırma aparılır.

Könül Cəfərli