Sevdiyi qıza görə gənci döydülər

14:36 25-06-2019 620

Gəncədə gənc sevdiyi qıza görə döyülüb.

HerGun.Az xəbər verir ki, Gəncə şəhər sakini  1991-ci il təvəllüdlü Eyvazov Eşqin Təvəkkül  oğlu naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Bir neçə nəfər onu döyərək, hadisə yerindən qaçıb. E.Eyvazov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev