Xızıda avtomobil ana və qızını vurdu
07:27 11-09-2019 439
Giləzi kəndində yolu keçmək istəyən ana və qızını avtomobil vuraraq xəsarət yetirib.
HerGun.Az xəbər verir ki, kənd ərazisində minik avtomobili 1986-cı il təvəllüdlü Əliyeva Aysel Əbdul qızını və onun uşağı 10 yaşlı Əliyeva Leyla Namiq qızını vurub.
Yaralılar Bakıda 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu