ABŞ-da yanan qatara görə 3 məktəbi təxliyə etdilər – VİDEO

08:00 11-09-2019 489

ABŞ-ın İllinoys ştatında yük qatarı relsdən çıxıb və yanıb.

Associated Press xəbər verir ki, yanğından əmələ gələn tüstünün zəhərli olması ehtimalı yerli hakimiyyət orqanlarını yaxınlığdakı 3 məktəbi təxliyə etməyə vadar edib.

Yük daşıyan Union Pacific şirkəti bildirib ki, vaqonlarda həlledici kimi istifadə olunan mayə daşınıb.