Putin Lavrovun müavinini işdən çıxardı

08:27 11-09-2019 643

Rusiya prezidenti Vladimir Putin XİN başçısının müavini Qriqori Karasini vəzifəsindən azad edib.

Prezidentin sərəncamı Kremlin hüquqi məlumatlar rəsmi saytında dərc edilib.

Karasinin əvəzinə xarici işlər nazirinin müavini vəzifəsinə Yevgeni İvanov təyin edilib.

Q. Karasin 2005-ci ildən XİN başçısının müavini vəzifəsində çalışıb. XİN-də o, MDB dövlətləri ilə əlaqələrə və başqa sahələrə cavabdeh olub.