Yaponiya hökuməti tam tərkibdə istefaya getdi

09:54 11-09-2019 53

Yaponiya hökuməti çərşənbə səhəri bütün komandası ilə istefaya gedib

Baş nazir Şinzo Abe öz kabinetinin bütün üzvlərinin istefa ərizəsini qəbul edib. İstefaya səbəb iyul ayında üst palatanın seçkilərdə qalib gəlməsi və oktyabr ayında istehlak vergisinin 10 faizə qədər artmasından sonra Abenin rəhbərlik tərkibini dəyişməsi olub. 

Ötən ilin oktyabr ayında hökumətdəki dəyişiklik zamanı əksər nazirlər postlarını saxlasalar da, indi yalnız hökumətin Baş katibi Yoşihide Suga və Maliyyə naziri Taro Aso öz vəzifəsində qalacaq.

Yaponiyada adəti üzrə iki nazir "üfüqi" yerdəyişmə edəcək - Xarici İşlər Naziri Taro Kono İqtisadiyyat naziri, İqtisadiyyat naziri Tosimitsu Motegi isə Xarici İşlər naziri olacaq.

Əvvəlki kabinetdə nazir postunda olan daha iki nəfər hökumət rəhbərliyinə qaytarılacaq, digər 13 nəfər isə ilk dəfə Nazirlər Kabinetinə üzv olacaq.

Günün ikinci yarısı hökumətin yeni tərkibinin elan ediləcəyi gözlənilir. Bundan sonra çərşənbə günü yeni kabinetin ölkənin imperatoru tərəfindən təsdiqlənməsi mərasimi keçiriləcək və tərkib rəsmi olaraq formalaşdırılmış hesab olunacaq.