Evi soyulan Mahir Emrelinin atası: O mənzil 24 saat mühafizə olunur

15:45 11-09-2019 13

Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Məsələ ilə bağlı HerGun.Az-ın əməkdaşı Mahirin atası, prodüsser Anar Mədətovla əlaqə saxlayıb.

O, baş vermiş oğurluq hadisəsindən bixəbər olduğunu deyib.

“Bu xəbəri sizdən eşidirəm. Açığını desəm, şok oldum. Sulutəpədəki ev mənimdir və mənim adımadır. Mahirin öz evi yoxdur. Mən o evi vermişəm ki, orada yaşasınlar. Maraqlısı bundadır ki, ev 24 saat mühafizə olunur. Bu hadisə necə baş verə bilər, heç anlamıram. İndi evlə əlaqə saxlayıb, hadisəni öyrənərəm”.

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və beş min manatlıq qızıl-zinət əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Rəşad Əliyev