“Megafun”dan şarların partlamasına münasibət: Günah janqlyorda olub

16:18 25-06-2019 766

“Megafun” əyləncə mərkəzi iyunun 22-də helium şarlarının partlaması hadisəsinə münasibət bildirib.

Mərkəzin məlumatında deyilir ki, insident uşaqların əyləndikləri və attraksionların yerləşdiyi ərazidə olmayıb:

“Həmin insident ticarət mərkəzində yerləşən kafelərin birində müştəri tərəfindən dəvət olunan animatorun (janqlyorun) qeyri-peşəkarlığı və ehtiyatsızlığı səbəbindən baş verib. Bununla belə, hadisə nəticəsində obyektdə quraşdırılmış avtomatik yanğınsöndürmə sistemi işə düşüb və yanğının baş verməsinə imkan verilməyib.

Hadisə barədə məlumatlandırılmış aidiyyəti dövlət qurumları operativ şəkildə obyektə baxış keçiriblər”.

Qeyd olunur ki, hazırda “Megafun” əyləncə mərkəzi tam şəkildə fəaliyyətini davam etdirir və öz müştərilərinin xidmətindədir.