Bərdədə heyvanlar arasında kütləvi xəstəlik yayılıb - FOTO

20:27 11-09-2019 616

Bərdə rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi xəstəlik yayılıb.

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi xəbərə görə, xəstəlik rayonun Mustafaağalı kəndində müşahidə olunur. Yerli sakinlər heyvanların hansı xəstəlikdən əziyyət çəkdiklərindən xəbərsizdirlər. Heyvanlar arasında ölüm halı müşahidə olunmasa da, xəstəliyin yayılması kənd sakinlərinin narahatlığına səbəb olub.

Baytar həkimlər xəstəlik baş verən təsərrüfatlara baş çəkiblər. Rayon Baytarlıq İdarəsinin əməkdaşları kənddə heyvanların müalicəsi ilə məşğuldurlar. Onların sözlərinə görə, heyvanlar dəri xəstəliyindən əziyyət çəkirlər.